Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan
Azvision.az -a verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara rayonunun Sərək kənd sakini Kamal Ramazanovun yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı böyürtkən kollarının arasında kultivasiya yolu ilə əkib becərdiyi hər biri 1,5 -2 metr hündürlükdə olan 109 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Davam edən axtarış tədbirləri ilə saxlanılan şəxsin həyətindəki toyuq hinində gizlətdiyi 3 ədəd bağlamada ümumi çəkisi 6 kiloqram 710 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri ilə Sərək kənd sakinləri Orxan Ramazanovun həyətində becərdiyi 15 ədəd, Pərviz Ramazanovun həyətindən isə 4 ədəd çətənə kolları aşkar edilərək götürülüb. Faktlarla bağlı araşdırma aparılır.
Azvision.az