Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 26-da rayon ərazisində “Hyundai” markalı avtomobildən 4 050 manat oğurlamaqda şübhəli bilinənlər - Bakı şəhər sakinləri S.Nuruşov, əvvəllər məhkum olunmuşlar - R.Quliyev və A.Dərvişov saxlanılıblar.