Ceyranbatandakı yanğın söndürülüb - Yenilənib
Qeyd olunub ki, yanğınla bağlı əlavə məlumat veriləcək.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kosun yanması barədə məlumat daxil olub.
FHN-dən Azvision.az -a bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi işləri görülür.
Əlavə məlumat veriləcək.
Azvision.az