Sabirabadda maşınla vurulan piyada ölüb

Sabirabadda maşınla vurulan piyada ölüb
  29 İyun 2020    Oxunub:3661
Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, Sabirabad rayonunun Surra kəndi ərazisində yolu keçən kənd sakini Mehman Nağıyev Kovlar kənd sakini S.Ağayevin idarə etdiyi “VAZ-21011” markalı avtomobillə vurulub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Hadisə ilə bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.



Azvision.az



Teqlər: DİN  





Xəbər lenti