Sahibkarlar üçün elektron kredit platforması hazırlandı

 Sahibkarlar üçün elektron kredit platforması hazırlandı
  30 İyun 2020    Oxunub:1752
Azərbaycanda sahibkarlar üçün yeni elektron kredit platforması hazırlanıb.
Azvision.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, platforma vasitəsilə iş adamları banklara müraciət etmək imkanı əldə edəcəklər.

"Platforma pandemiyadan zərər çəkən şəxslər üçün güzəştli kredit təklif edir, sahibkarlar 3 milyon manat məbləğinə qədər kredit götürə bilərlər. Kredit üzrə 12 ay güzəşt müəyyən edilib. Platforma sahibkarın müraciətini daha da asanlaşdıracaq", - deyə nazir vurğulayıb.

Azvision.az



Teqlər: Sahibkar  





Xəbər lenti