Taksi sürücüsü sərnişini qarət edib

Taksi sürücüsü sərnişini qarət edib
  01 İyul 2020    Oxunub:1863
Paytaxda taksidə müştəri qarət olunub.
Azvision.az -ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu Xocasən qəsəbəsində baş verib. Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü R.Bəbişovu sərnişin olduğu taksinin sürücüsü döyərək mobil telefonunu və 45 manat pulunu quldurluq yolu ilə talayaıb.

Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 1990-cı il təvəllüdlü Allahqulu Əzimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Taksi   Qarət  





Xəbər lenti