Karantini pozan 1403 nəfər məsuliyyətə cəlb edildi

Karantini pozan 1403 nəfər məsuliyyətə cəlb edildi
  01 İyul 2020    Oxunub:2562
Karantin rejimi qaydalarını pozan 1403 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Bu barədə Azvision.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 30.06.2020-ci il saat 00:00-dan 01.07.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1223 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 175 nəfər həmin Məcəllənin 211.2-ci və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə 5 nəfər olmaqla ümumilikdə 1403 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Azvision.az


Teqlər: DYP   Post  





Xəbər lenti