Saatlıda narkotik alverçisi tutuldu
Onun kustar üsulla hazırladığı 2 büküm heroin və metodonu 70 manat müqabilində satdığı müəyyən edilib.
Davam etdirilən tədbirlərlə H.Abasovun yaşadığı mənzilə baxış keçirilən zaman oradan 169 ədəd metodon və 26 ədəd tramadol həbləri, eləcə də 8 qramdan artıq metodon tozu, 2 qramdan artıq heroin, 1 ədəd şüşə flakonda tiryək məhlulu və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Faktla bağlı Saatlı RPŞ-də araşdırmalar davam etdirlir.
Azvision.az
Teqlər: Saatlı Narkotik Alverçi