Bakıda evdən 23 minlik mebel oğurlanıb

Bakıda evdən 23 minlik mebel oğurlanıb
  01 İyul 2020    Oxunub:3160
Bakıda evin həyətindəki yardımçı təsərrüfatdan mebel oğurlayan tutulub.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsi 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 19-da Badamdar qəsəbəsindəki evlərdən birinin həyətindəki yardımçı təsərrüfatdan 23.000 manat dəyərində mebel oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini E.Məmmədov saxlanılıb, daha 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Azvision.az


Teqlər: Bakı   Mebel   Oğurluq  





Xəbər lenti