​Piyadanı vurub qaçan sürücü tapıldı

  01 İyul 2020    Oxunub : 1608
​Piyadanı vurub qaçan sürücü tapıldı
İyunun 19-da saat 13 radələrində Nizami (Gəncə) rayonunun Yeni Gəncə qəsəbəsi 28 May küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Daşkəsən rayon sakini X.Cəfərov vurulub.
Azvision.az DİN-ə istinadən xəbər verir ki, piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Nissan” markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini R.Qasımov saxlanılıb.

Azvision.az

Teqlər: Gəncə   Qəza