AzTV-nin əməkdaşı koronavirusdan vəfat etdi
QSC kollektivi həyatını itirən əməkdaşına Allahdan rəhmət diləyir və ailəsinə dərin hüznlə baş sağlığı verir.
Bildirilib ki, hazırda AzTV-nin daha 5 əməkdaşı xəstəxanada müalicə alır, 1 nəfər evə buraxılıb və onların səhhətində hər hansı ağırlaşma yoxdur.
"Xəstəliyin əməkdaşlar arasında geniş yayılmaması üçün şirkət daxilində dezinfeksiya tədbirləri davam etdirilir, hərarəti yüksək olan əməkdaşlar QSC daxilinə buraxılmır və ümumi sayı 3000-ə yaxın olan kollektivin hazırda yalnız min nəfəri iş başındadır. Qalan əməkdaşlar isə əməkdaşlığı distant şəkildə, evdə qalaraq davam etdirir", - deyə məlumatda qeyd olunub.
Azvision.az
Teqlər: AzTV Əməkdaş Koronavirus