Bakıda mənzildən meyit tapılıb

  01 İyul 2020    Oxunub : 2183
Bakıda mənzildən meyit tapılıb
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1947-ci il təvəllüdlü Nəcəfova Elmira İsmayıl qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az

Teqlər: FHN   Mənzil   Meyit