Cəlilabadın 3 kəndində elektrik enerjisi sistemi yenilənir
İran ilə sərhəddə yerləşən bu ucqar kəndlərə ilk dəfə 1962-ci ildə elektrik enerjisi verilib. Ötən 58 ildə istismar müddətini başa vurmuş, köhnə şəbəkənin yenidən qurulması zərurəti yaranmışdır. Adı çəkilən kəndlərdə elektrik enerjisi təchizatının yenilənməsi məqsədi ilə dayaqlar, elektrik veriliş xətləri, sayğaclar yenilənir, komplekt transformator məntəqələri quraşdırılır.
Qeyd edək ki, Cənub RETSİ-nin ərazisinə aid bu üç kənddə ümumilikdə 1 500-dək sakin yaşayır.
Azvision.az