Azərbaycanlı iş adamı və anası koronavirusdan ölüb

Moskva vilayəti Azərbaycanlılarının Regional Milli Mədəni Muxtariyyətinin fəal üzvü olan Rövşən Muradov Azərbaycan diasporunun xeyriyyəçi simalarından olub.
Həmyerlimiz dünən Moskva vilayətinin Krasnoqorsk şəhərində müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Mərhumun anasının da iki həftə əvvəl həmin xəstəxanada koronavirusdan vəfat etdiyi bildirilib.
Azərbaycanlı iş adamının cənazəsi dəfn olunmaq üçün Bakıya göndərilib.
Azvision.az
Teqlər: Moskva Koronavirus Pandemiya