​Lənkəranda ikimərtəbəli evdə yanğın olub

  02 İyul 2020    Oxunub : 2297
​Lənkəranda ikimərtəbəli evdə yanğın olub
Lənkəran şəhərinin Xanbulan kəndində yanğın baş verib.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, ümumi sahəsi 192 m² olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 50 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın