Sabah evdən çıxmayın! - Xəbərdarlıq

   Sabah evdən çıxmayın! -    Xəbərdarlıq
  03 İyul 2020    Oxunub:2348
Paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə, sabah - iyulun 4-ü səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bu barədə Azvision.az -a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Azvision.az


Teqlər: Bakı   Dezinfeksiya  





Xəbər lenti