Gəncədə istifadə müddəti bitmiş məhsullar aşkarlandı

Gəncədə istifadə müddəti bitmiş məhsullar aşkarlandı
  03 İyul 2020    Oxunub:2646
Gəncədə istifadə müddəti başa çatmış məhsullar aşkar edilərək götürüldü.
Azvision.az DİN-ə istinadən xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 1-də şəhər sakini, əvvəllər məhkum olunmuş A.Ağalarovun Nizami rayonu ərazisində kirayədə yaşadığı mənzilə baxış zamanı oradan üzərində istifadə müddəti başa çatmış və istehsal tarixi silinmiş 2640 ədəd limonad, habelə 80 kiloqram makaron, limonad şüşələrinin üzərinə istehsal tarixi və son istifadə müddəti yazan xüsusi aparat və sellofan torba tikən avadanlıq aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: Gəncə   Polis  





Xəbər lenti