15 yaşlı oğlan hovuzda boğularaq öldü

15 yaşlı oğlan hovuzda boğularaq öldü
  03 İyul 2020    Oxunub:3749
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin naməlum şəraitdə dərinliyi təqribən 3 metr olan su hovuzuna düşməsi barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu 2005-ci il təvəllüdlü Quliyev Rza Qurban oğlunun meyitini hovuzdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN   Hovuz  





Xəbər lenti