Goranboyda yol qəzası: 1 nəfər ölüb

Goranboyda yol qəzası:    1 nəfər ölüb
  03 İyul 2020    Oxunub:2560
İyulun 1-də saat 21 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində Qaradağlı kənd sakini E.Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobillə Düzqışlaq kənd sakini Ə.Quliyevin idarə etdiyi “T-28” markalı traktor toqquşub.
Azvision.az DİN-ə istinadən xəbər verir ki, nəticədə Ə.Quliyevin sərnişini olan Əmin Muradov xəstəxanaya yerləşdirilib və iyulun 2-də orada ölüb.

Goranboy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Yol   Qəza  





Xəbər lenti