Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində 2003-cü il təvəllüdlü Bayramov Rəvan Gülməmməd oğlunun axtarışları başa çatıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, R.Bayramovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çaydan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.