Avtomobil üçün də SMS-lə icazə alınacaq

Avtomobil üçün də SMS-lə icazə alınacaq
  03 İyul 2020    Oxunub:49820
“icaze.e-gov.az portalı vasitəsilə hər bir əməkdaşa icazə verildikdə onun istifadə etdiyi nəqliyyat vasitəsinə dair məlumat da daxil edilir. 8103 SMS icazə sistemində isə vətəndaşlar şəxsiyyət vəsiqələrinin seriya və nömrəsini yazmaqla icazə alırlar.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində söyləyib.

Onun sözlərinə görə, iyulun 5-dən etibarən vətəndaşlar özləri üçün icazə alarkən istifadə edəcəkləri nəqliyyat vasitəsinin seriya nömrəsini də eyni SMS-lə 8103 qısa nömrəsinə göndərməlidirlər.

Agentliyin sədri bildirib ki, bununla bağlı videotəlimat hazırlanacaq və vətəndaşlar məlumatlandırılacaqlar.

Azvision.az


Teqlər: SMS   İcazə   Maşın  





Xəbər lenti