Azərbaycan vətəndaşı Gürcüstanda qətl törətdi
Məlumatda bildirilib ki, saxlanılan şəxs tanışı - 2000-ci il təvəllüdlü S.B.-ni mübahisə zamanı soyuq silahdan istifadə edərək yaralayıb və hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
"Hüquq mühafizəçiləri hadisədən qısa müddət sonra Dmanisi bələdiyyəsində isti izlərlə şübhəli şəxsi saxlayıb. Polis cinayətdə istifadə edilən bıçağı sübut kimi götürüb. Saxlanılan şəxs günahını etiraf edib”, - deyə DİN-dən bildirilib.
DİN-in məlumatına görə, saxlanılan şəxs barəsində qəsdən adam öldürmə faktı üzrə Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə araşdırma aparılır, ittihamlar təsdiqini taparsa, onu 7 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. (APA)
Azvision.az