Şəhidin xanımı Prezidentə və Mehriban Əliyevaya təşəkkür etdi - VİDEO

Şəhidin xanımı Prezidentə və Mehriban Əliyevaya təşəkkür etdi -  VİDEO
  04 İyul 2020    Oxunub:15755
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə 2018-ci ilin aprelin 4-də cəbhənin Ağdam istiqamətində şəhid olmuş baş leytenant Nurid Abdullayevin ailəsinin mənzil problemi həll olunub.
Bu barədə Azvision.az -a şəhidin həyat yoldaşı Vəfa Abdullayeva məlumat verib. O, göstərilən köməyə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.



"Həyat yoldaşım şəhid olduqdan sonra onun sığorta pulu ilə Sumqayıtda ilkin ödəniş edib, iki otaqlı ev aldıq. Lakin sonradan özümün və uşaqlarımın səhhətində yaranan problemlə əlaqədar işləyə bilmədim və evin ipoteka kreditini ödəməkdə çətinlik çəkdim. Bununla bağlı Heydər Əliyev Fonduna və Mehriban xanım Əliyevaya müraciət etdim. Çox sağ olsunlar ki, müraciətimizə tez bir zamanda cavab verildi və evin qalan ipoteka krediti bağlanıldı. Bizi çox sevindirdilər. Ailəm adından Prezidentə və Birinci xanıma təşəkkür edirəm”, - deyə V.Abdullayeva vurğulayıb.


(Şəhid Nurid Abdullayevin övladları)




(Şəhid Nurid Abdullayev övladları ilə)

Aytən Zəhra
Azvision.az


Teqlər: Şəhid   Ailə   Mənzil  





Xəbər lenti