Gəncədə 4 otaqlı evdə yanğın olub

Gəncədə 4 otaqlı evdə yanğın olub
  05 İyul 2020    Oxunub:3712
Gəncə şəhərinin Kəpəz rayonunda yanğın baş verib.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 139 m² olan birmərtəbəli 4 otaqlı evin mətbəxində tavan 20 m² sahədə, 2 ədəd məişət avadanlığı və mebel 3 m² sahədə yanıb. Yüksək temperaturdan mətbəxin pəncərə çərçivəsi qarsalanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti