Ağcabədidə qonaqlıq təşkil edənlər cəzalandırıldı - VİDEO
Belə ki, rayon ərazisindəki restoranların birində 20 nəfərə yaxın şəxs toplaşaraq qonaqlıq təşkil edib, bununla da xüsusi karantin qaydalarını kobud şəkildə pozublar. Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məclisdə iştirak edən 12 nəfər inzibati qaydada cərimə edilib. Digər 2 nəfər barəsində isə protokollar tərtib edilərək baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilib.
Azvision.az
Teqlər: DİN