Koronavirusa yoluxan alim xəstəxanaya yerləşdirildi
Onun sözlərinə görə, koronavirusa yoluxan alimin vəziyyəti nəzarətə götürülüb:
"Bir az əvvəl elmlər doktoru, professor, dəyərli ziyalı İdris Abbasovla danışdıq. Artıq "Yeni Klinika"dadır. Xəstəxananın rəhbəri Pərviz müəllimlə də geniş müzakirə etdik. İdris müəllimin sağalması üçün əllərindən gələn bütün tibbi dəstəyi göstərəcəklərini, müalicənin yüksək səviyyədə aparılacağını söylədi. İdris müəllimin həyat yoldaşı da 1 saat içində xəstəxanaya yerləşdiriləcək. TƏBİB və Təcili Tibbi Yardımın rəsmiləri ilə danışdıq, sağolsunlar dəstək göstərdilər. İnanırıq ki, İdris müəllim və xanımı qısa zamanda sağlamlıqlarına qovuşacaqlar".
Azvision.az
Teqlər: Alim Koronavirus