Binəqədidə yanğın oldu

  05 İyul 2020    Oxunub : 3069
Binəqədidə yanğın oldu
Binəqədi rayonunda yanğın olub.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 100 m2 olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 40 m2 sahədə və yaxınlıqda ümumi sahəsi 50 m2 olan köməkçi tikilinin dam örtüyü 4 m2 sahədə yanıb.

Evin və köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın