Eyni vaxtda 3 evdə yanğın oldu

  06 İyul 2020    Oxunub : 1949
Eyni vaxtda 3 evdə yanğın oldu
Paytaxtın Sabunçu rayonunda yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində ümumi sahəsi 40 m² olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları, yaxınlıqda ümumi sahəsi 120 m² olan birmərtəbəli üçotaqlı evin dam örtüyüyün yanar konstruksiyaları və ümumi sahəsi 110 m² olan birmərtəbəli üçotaqlı evin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Evlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: Yanğın   Bakı   Ramana