Sahibi sürgün edilmiş tarixi dəyirman - VİDEO+FOTOLAR
Hazırda su dəyirmanı işlək vəziyyətdə qorunub saxlanılır.
Yerli sakinlərin dediyinə görə, su dəyirmanının unu keyfiyyətinə görə digər unlardan fərqlənir. Belə ki, üyütmə zamanı buğda isinmədiyindən tərkibində olan vitamin və mineral maddələr itmir.
Elə bu səbəbdən digər rayon və şəhərlərdən un üyütmək üçün bu dəyirmana taxıl gətirənlər olur. Dəyirman suyun çarxı fırlatması ilə işə düşür. Texnika müasirləşdikcə su dəyirmanlarına maraq azalıb, lakin dəyirmanın sahibi bütün çətinliklərə baxmayaraq, ata-babalarından miras qalmış sevimli peşəni davam etdirəcəyini söyləyir.
Azvision.az-ın bir əsrdən çox tarixi olan dəyirmandan hazırladığı reportajı təqdim edirik:
Foto / Video: Əhməd Xəlilov
Montaj: Bəxtiyar Məmmədov
Azvision.az