Hövsana suyun verilməsi dayandırıldı

Hövsana suyun verilməsi dayandırıldı
  06 İyul 2020    Oxunub:2505
Hövsan qəsəbəsini içməli su ilə təmin edən magistral su xəttinin zədələnməsi nəticəsində qəsəbəsinin bir hissəsinə (əsasən kənd Hövsan) içməli suyun verilməsi dayandırılıb.
“Azərsu” ASC-dən Azvision.az -a verilən məlumata görə, qaz xəttinin çəkilişini həyata keçirən şirkət tərəfindən Hövsan qəsəbəsini içməli su ilə təmin edən magistral su xəttinin zədələnməsi nəticəsində Hövsan qəsəbəsinin bir hissəsinə (əsasən kənd Hövsan) içməli suyun verilməsi dayandırılıb. Hazırda qəza xidməti tərəfindən təmir işləri aparılır. Təmir işləri başa çatdıqdan sonra suyun verilişi bərpa olunacaq.

Azvision.az


Teqlər: Hövsan   Su   Azərsu  





Xəbər lenti