Nehrəmdə avtobus qəzası ölümə səbəb oldu

Nehrəmdə avtobus qəzası ölümə səbəb oldu
  07 İyul 2020    Oxunub:3663
Babək rayonunun Nehrəm qəsəbəsi ərazisində yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, iyulun 6-ı saat 7 radələrində Babək rayonunun Nehrəm qəsəbəsi ərazisində qəsəbə sakini C.Vahabov idarə etdiyi “İsuzu” markalı avtobusu qaz borusuna və rabitə dirəyinə vurub aşırıb.

Nəticədə C.Vahabovun sərnişini Yusif Zeynalov hadisə yerində ölüb. Babək Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti