Mədən ərazisinin zəbt olunması xəbəri araşdırılır

Mədən ərazisinin zəbt olunması xəbəri araşdırılır
  07 İyul 2020    Oxunub:3841
"Paytaxtın Səbail rayonu, Bibiheybət qəsəbəsində neft mədəninin ərazisinin zəbt olunması ilə bağlı mətbuatda yayılan iddialar nəzarətə götürülüb".
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Azvision.az -a bildirilib ki, həmin ünvanda ərazinin zəbt olunması ilə bağlı iddiallar əsassızdır, təsdiqini tapmayıb:

"Buna baxmayaraq, fakt üzrə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırmalar aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, fakta hüquqi qiymət veriləcəkdir".

Azvision.az



Teqlər: BŞBPİ  





Xəbər lenti