Karantini pozan dönərxana və kafe aşkarlandı - VİDEO
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı Masazır qəsəbəsində gizli fəaliyyət göstərən obyekt aşkar olunub. Polislər tərəfindən Səbuhi Nağıyevə məxsus “Ocaq” restoranına baxış zamanı oranın sahibi və 6 nəfər müştəri saxlanılaraq Polis İdarəsinə gətirilib. Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilən barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada ciddi şəkildə cəzalandırılıblar. Hər iki obyekt sahibi və müştərilərə ciddi xəbərdarlıq edilərək bildirilib ki, xüsusi karantin rejimi dövründə növbəti belə bir halın təkrarlanacağı təqdirdə onları inzibatı həbs cəzası gözləyəcək.
Azvision.az
Teqlər: DİN