Bu günə olan hava proqnozu

Bu günə olan hava proqnozu
  08 İyul 2020    Oxunub:2002
Bu gün Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən Azvision.az -a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 35-39, Bakıda gecə 23-25, gündüz 36-38 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 35-39, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə isə, iyulun 8-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, arabir durğun hava şəraiti və gündüz saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

Azvision.az


Teqlər: Hava   ETSN  





Xəbər lenti