Yas mərasimi keçirənlər həbs edildi

Yas mərasimi keçirənlər həbs edildi
  08 İyul 2020    Oxunub:2277
Masallı Rayon Polis Şöbəsinə rayonun Ərkivan qəsəbəsində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, Masallı Rayon İcra Hakimiyyətinin və Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin ünvana gəlib və orada karantin rejim qaydalarının pozulduğu aşkar edilib.

Mərasim dayandırılıb və orada olanlardan 8 nəfər polis şöbəsinə gətirilərək karantin rejiminin qaydaları və tələbləri onların diqqətinə çatdırılıb.

Onlardan 3 nəfəri Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada həbs olunub, digərləri barəsində isə protokol tərtib edilərək cərimə olunublar.

Azvision.az



Teqlər: Koronavirus  





Xəbər lenti