Ana və qızını maşın vurub öldürdü

  08 İyul 2020    Oxunub : 2385
Ana və qızını maşın vurub öldürdü
İyulun 7-də saat 13 radələrində Sabirabad şəhəri ərazisində şəhər sakini K.Nəsirli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerliləri Banı Əliyevanı və qızı Hədiyyəni vurub. .
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə onlar aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN