Şəmkirdə karantini pozan 33 nəfər cərimələndi
Xüsusilə axşam saatlarında rayon ərazisindəki kafe restoran və çayxanalarda aparılan yoxlamalar zamanı bəzi neqativ hallar aşkarlanıb. Polis əməkdaşları tərəfindən 33 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib. Bir nəfər, rayonun Təzəkənd kənd sakini- Rauf Cəfərov isə rayon məhkəməsinin qərarı ilə 8 gün müddətində inzibati qaydada həbs edilib.
Azvision.az
Teqlər: Şəmkir