Ana və qızını öldürən sürücü həbs olundu
Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq bölməsində həmin gün Cinayət Məcəlləsinin 263.3. maddəsi ilə cinayət işi başlanaraq icraata verilib.
İstintaq zamanı hadisə yerinə baxış keçirilib, şahid ifadələri alınıb və müvafiq ekspertizaları təyin edilib.
Sürücü Kamran Nəsirli cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulub, CM-nin 263.3. maddəsi ilə ona ittiham elan olunaraq müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sabirabad rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam etdirilir.
Azvision.az