Çətin şəraitdə yaşayan altı ailəyə ev verildi
Şamaxı sakini Əsmayə İsmayılova da yeni binada mənzillə təmin olunanlardan biridir. Ona 2 otaqlı mənzil verilib. Uzun illər çətin şəraitdə yaşayan Əsmayə İsmayılova Prezidentimizə minnətdarlıq edərək deyib:
“Nə vaxtsa belə pulsuz yeni bir mənzillə təmin olunacağım ağlıma belə gəlməzdi. Yeni mənzilimizə daxil olanda gördüm ki, geniş və işıqlı otaqlarda, çox gözəl şərait və rahatlıq təmin edilib. Zirzəmidə yaşayarkən qarşılaşdığımız bütün çətinliklər, narahatlıq və şəraitsizlik bu gün artıq öz həllinə qovuşub. Allah Prezidentimizdən razı olsun. Sevindiyimdən göz yaşlarımı saxlaya bilmirəm, bu sevinc hisslərimi sözlə ifadə etmək çətindir”.
Azvision.az
Teqlər: Şamaxı