Bu il 18 milyon tona yaxın neft hasil edilib

Bu il 18 milyon tona yaxın neft hasil edilib
  09 İyul 2020    Oxunub:2044
Bu ilin yanvar-iyun aylarında operativ məlumatlara əsasən, Azərbaycanda 17,8 mln. ton neft (kondensatla birlikdə) hasil edilib.
Energetika Nazirliyindən Azvision.az -a verilən məlumata görə, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 1 mln. ton az olub.

Respublika üzrə hasil edilmiş neftin 12,2 milyon tonu “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqlarının, 1,9 mln. tonu (kondensat) “Şahdəniz” qaz-kondensat yatağının payına düşüb. SOCAR üzrə hasilat isə 3,7 milyon ton təşkil edib.

Azvision.az


Teqlər: Neft  





Xəbər lenti