Bakıda oğru dəstəsi tutuldu
Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Naib Abdullayev, 1993-cü il təvəllüdlü Mehman Əlixananov, əvvəllər məhkum olunmuş 1971-ci il təvəllüdlü İmran Əlixananov müəyyən olunaraq tutulublar.
Faktla bağlı cinayət işi başlanıb.
Azvision.az