Keçmiş məhkum yenidən cinayət törətdi

Keçmiş məhkum yenidən cinayət törətdi
  09 İyul 2020    Oxunub:2493
Bakıda quldurluq edən şəxs ələ keçib.
Azvision.az -ın məlumatına görə, hadisə iyulun 8-i saat 14:00 radələrində paytaxtın Sabunçu qəsəbəsi, Ə.Mehmandarov küçəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs T.Zeynalovu bıçaqla hədələyərək 500 manat pulunu quldurluq yolu ilə əlindən alıb.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1990-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Seymur Şahalıyev tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə cinayət işi başlanılıb.

Azvision.az


Teqlər: Bakı   Keçmiş-Məhkum  





Xəbər lenti