Üçtəpədə içində 8 kq narkotik olan çantalar tapıldı

Üçtəpədə içində 8 kq narkotik olan çantalar tapıldı
  10 İyul 2020    Oxunub:4514
Cəlilabad rayonunda külli miqdarda narkotik vasitə aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 3-də Üçtəpə kəndi ərazisindən tapılan 2 ədəd çantaya baxış zamanı 3 kq 840 qrama yaxın heroin, 2 kq 760 qram həşiş, 1 kq-dan artıq tiryək, 1 kq-a yaxın metamfetamin və 500 ədəd metadon həbi aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: DSX   Polis  





Xəbər lenti