Qəbələdə maşının vurduğu piyada öldü

Qəbələdə maşının vurduğu piyada öldü
  10 İyul 2020    Oxunub:3282
Qəbələ rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, iyulun 9-u saat 15 radələrində Qəbələ rayonunun Hacallı kəndi ərazisində Böyük Əmilli kənd sakini R.Məhərrəmov idarə etdiyi “VAZ-21093” markalı avtomobillə yolu keçən Bayramkoxa kənd sakini Eyyub Rəsulovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Qəbələ Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti