Kürdəmir sakinindən sənədləri olmayan silah aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qarasu kənd sakini Z. Zülfüqarovdan müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “Tula” markalı yivsiz ov tüfəngi götürülüb.