Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan
Azvision.az -a verilən məlumata görə, rayon sakini, Zaur Hüseynquliyev sürücülük idarə etdiyi “VAZ 2106” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi məlum olub.
Z. Hüseynquliyev barəsində Şəmkir RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 500 manat məbləğində cərimə edilərək 1 il sürücülük hüququndan məhrum edilib.
Azvision.az