Sumqayıt şəhərində beşmərtəbəli yataqxana binasının birinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 6 ədəd elektrik sayğacı və kabellər 5 p.m yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.