Şəhidimiz dəfn olundu

  13 İyul 2020    Oxunub : 3329
Şəhidimiz dəfn olundu
Ötən gün Tovuz istiqamətində gedən döyüşdə şəhid olan Azərbaycan Ordusunun əsgəri Daşdəmirov Xəyyam Məhəmməd oğlu dəfn olunub.
Azvision.az -ın məlumatına görə, 18 yaşlı şəhid doğulduğu İsmayıllı rayonunun Balik kəndində torpağa tapşırılıb.



Xatırladaq ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

Həkimlərimizin səyinə baxmayaraq, ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.



Azvision.az

Teqlər: Şəhid   İsmayıllı