Düşmən Naxçıvan istiqamətində də təxribat törətdi

 Düşmən Naxçıvan istiqamətində də təxribat törətdi
  13 İyul 2020    Oxunub:12157
Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 12-si saat 22:45-dən etibarən iyulun 13-ü saat 00:40-dək iriçaplı silahlardan da istifadə etməklə Şahbuz və Culfa rayonları istiqamətində müdafiə olunan müvqelərimizi atəşə tutub.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, düşmənin atəşkəs rejimini pozması zamanı əsasən izburaxan və yandırıcı mərmilərdən istifadə etməsi ara boşluğunda olan 5 hektara qədər ərazinin yanması ilə nəticələnib.

Düşmən cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır.

Azvision.az


Teqlər: Naxçıvan   Atəşkəs  





Xəbər lenti