Şəhid baş leytenant dəfn olundu

  13 İyul 2020    Oxunub : 3832
   Şəhid baş leytenant dəfn olundu
Tovuz istiqamətində gedən döyüşlərdə iyulun 13-nə keçən gecə şəhid olan Azərbaycan Ordusunun baş leytenantı Mahmudov Rəşad Rəşid oğlu dəfn olunub.
Azvision.az xəbər verir ki, 28 yaşlı şəhidin cənazəsi doğulduğu Biləsuvar rayonunun Aşağı Cürəli kəndində torpağa tapşırılıb.

Xatırladaq ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

Həkimlərimizin səyinə baxmayaraq, ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

Azvision.az

Teqlər: Şəhid   Zabit